Xusrav Noziri: Yaxın illərdə Şuşa İƏT-in rəsmi turizm paytaxtı olacaq

Xusrav Noziri: Yaxın illərdə Şuşa İƏT-in rəsmi turizm paytaxtı olacaq
# 02 may 2024 12:00 (UTC +04:00)

Türkiyənin Ərzurum və Şuşa şəhərlərinin 2025-2026-cı illər üçün turizm paytaxtları seçilməsi turizm sahəsində regional əməkdaşlığın inkişafına töhfə verəcək.

"APA-Economics" xəbər verir ki, bunu İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Xusrav Noziri jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, turizm sahəsində əməkdaşlıq fonunda hər il İƏT-in turizm paytaxtlarının elan edilməsi ilə bağlı yeni təşəbbüsü var: "Bu il Özbəkistanın Şahrisəbz şəhəri bu adı daşıyır, lakin 2025-ci ildə və 2026-cı ildə müvafiq olaraq Türkiyənin Ərzurum və Azərbaycandan Şuşa şəhərləri İƏT regionunun rəsmi turizm paytaxtı statusunu alacaqlar. 2026-cı il turizm sahəsində regional əməkdaşlığın inkişafına daha da töhfə verəcək”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR