Məşhur balerina Maya Plisetskaya vəfat edib

Məşhur balerina Maya Plisetskaya vəfat edib
# 02 may 2015 22:37 (UTC +04:00)

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Moskva Böyük Teatrının baş direktoru Vladimir Urin bildirib.

“Balerinanın həyat yoldaşı Rodion Şedrin mənə zəng edərək Maya Plisetskayanın ağır ürək tutmasından keçindiyini bildirib. Həkimlər onu xilas etməyə çalışıb, lakin səylər nəticəsiz olub”, deyə Urin bildirib.

Moskva Böyük Teatrının prima balerinası Maya Plisetskaya SSRİ xalq artisti, tanınmış bəstəkar Rodion Şedrinin həyat yoldaşıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR