AZAL Rusiyanın daha bir şəhərinə aviareys yerinə yetirəcək

AZAL Rusiyanın daha bir şəhərinə aviareys yerinə yetirəcək
# 27 mart 2013 11:46 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. «Azərbaycan Hava Yolları» QSC (AZAL) Bakı-Krasnoyarsk aviareysi üzrə uçuşlar yerinə yetirəcək.

«APA-Economics»in Rusiya Nəqliyyat Nazirliyinin Hava Nəqliyyatı Federal Agentliyinə istinadən verdiyi məlumata görə, AZAL Bakı-Krasnoyarsk aviareysinin müntəzəm daşıyıcısı olub və bu barədə nota sözügedən Agentliyin rəsmi internet səhifəsində yerləşdirilib. Hazırda Krasnoyarsk-Bakı-Krasnoyarsk marşrutu üzrə uçuşları Rusiyanın «Taymır» («NordStar Airlines») aviaşirkəti yerinə yetirir.

Bakıdan Krasnoyarska uçuşlar hər həftənin III günləri saat 15:40-da həyata keçirilir. Lakin aprel ayının 3-dən etibarən Bakı-Krasnoyarsk aviareysi üzrə uçuş saat 17:40-da yerinə yetiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR