Türkiyədə mikroavtobusun aşması nəticəsində 3 nəfər ölüb, 12 nəfər xəsarət alıb

Türkiyədə mikroavtobusun aşması nəticəsində 3 nəfər ölüb, 12 nəfər xəsarət alıb
# 30 aprel 2015 00:51 (UTC +04:00)

Bakı-APA. Türkiyənin Konya şəhərində kənd təsərrüfatı işçilərini daşıyan mikroavtobus aşıb.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, hadisə Konya-Ağsaray magistral yolunun 50-ci kilometrində qeydə alınıb.

Qəza nəticəsində biri körpə olmaqla 3 nəfər ölüb, 12 nəfər xəsarət alıb. Qəzaya sürücünün qəfildən idarəetməni itirməsi səbəb olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR