Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun üzvlərinin ekologiya və təbii sərvətlər nazirinin müavini Novruz Quliyev ilə görüşü keçirilib - FOTO

Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun üzvlərinin ekologiya və təbii sərvətlər nazirinin müavini Novruz Quliyev ilə görüşü keçirilib - <font color=red>FOTO</font>
# 04 may 2012 14:27 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. Bu gün Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun üzvlərinin ekologiya və təbii sərvətlər nazirinin müavini Novruz Quliyev ilə görüşü keçirilib. APA-nın məlumatına görə, görüşdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubuna (CEIBC) üzv olan şirkətlərlə əməkdaşlıq perspektivləri müzakirə edilib. N.Quliyev bildirib ki, 2001-ci ildə yaradılan Ekologiya və Təbii Sərvətlər Nazirliyi ekologiya, təbii sərvətlər, iqlim və hava dəyişikliklərinin öyrənilməsi, geoloji xidmət və digər sahələrdə fəaliyyət göstərir. Onun sözlərinə görə, nazirlikdə bu sahələri əhatə edən departamentlər fəaliyyət göstərir: “Bunlar Ətraf Mühitin Mühafizəsi, Meşələrin İnkişafı, Milli Hidrometeorologiya, Ətraf Mühit üzrə Milli Monitorinq, Geoloji Xidmət və Xüsusi Mühafizə olunan Təbiət Əraziləri ilə məşğul olan departamentlərdir. Bütün bu sahələr bir-biri ilə əlaqəli şəkildə fəaliyyət göstərərək bu sahədə vahid dövlət siyasətini həyata keçirir”.

Görüşdə N. Quliyev ekologiya və təbii sərvətlərlə bağlı klub üzvlərini maraqlandıran sualları cavablandırıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR