Azərbaycan Rusiyadan T-90S tankları alacaq

Azərbaycan Rusiyadan T-90S tankları alacaq
# 10 fevral 2012 14:06 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Rusiyadan T-90S tankları alacaq. Bu barədə APA-ya hərbi mənbələrindən məlumat verilib.

Məlumatda bildirilir ki, 2011-ci ildə Azərbaycan Müdafiə Nazirliyi və «Rosoboroneksport» şirkəti arasında T-90S əsas döyüş tanklarının alğı-satqısına dair müqavilə bağlanıb. Lakin müqavilənin detalları, tankların sayı və çatdırılma müddəti barədə açıqlama verilməyib.

«Rosoboroneksport» şirkəti Azərbaycanla yanaşı, Türkmənistanla da T-90 seriyalı tankların alğı-satqısına dair müqavilə imzalayıb.

Qeyd edək ki, T-90 tankları «Uralvaqonzavod» Elmi İstehsalat Müəssisəsi tərəfindən istehsal edilir.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR