Türkiyə prezidenti TANAP kəmərinin tikintisinə dair Azərbaycanla imzalanmış İlkin Sazişi təsdiqləyib

Türkiyə prezidenti TANAP kəmərinin tikintisinə dair Azərbaycanla imzalanmış İlkin Sazişi təsdiqləyib
# 10 oktyabr 2012 10:35 (UTC +04:00)
Bu barədə APA Türkiyənin «Resmi Gazete»sinə istinadən məlumat yayıb.

Ötən il oktyabrın 25-də İzmir şəhərində imzalanmış saziş Türkiyəyə təbii qazın satışı və Azərbaycan qazının Türkiyədən tranzit nəqli və bu məqsədlə boru xəttinin çəkilişini əhatə edir.

Xatırladaq ki, bu il iyunun 26-da İstanbulda Azərbaycan və Türkiyə arasında TANAP layihəsi üzrə saziş imzalanıb. Beş il ərzində reallaşması nəzərdə tutulan layihə 7 mlrd. ABŞ dollarına başa gələcək. Boru kəmərinin diametri 56 düym və ya 1,4 metr nəzərdə tutulub. Dörd mərhələdə həyata keçiriləcək layihənin ilk mərhələsi 2018-ci ildə başa çatacaq, 2020-ci ildə kəmərin buraxılış qabiliyyəti ildə 16 mlrd. kubmetrə, 2023-cü ildə 23 mlrd. kubmetrə, 2026-cı ildə isə 31 mlrd. kubmetrə çatdırılacaq. İlk dövrdə TANAP kəməri ilə nəql olunacaq 16 mlrd. kubmetr Azərbaycan qazının 10 mlrd. kubmetri Avropaya, 6 mlrd. kubmetri isə Türkiyəyə satılacaq. Avropa üçün nəzərdə tutulan qaz Türkiyə-Bolqarıstan və ya Türkiyə-Yunanıstan sərhədində təhvil veriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR