İran İpək Yolu ölkələri arasında sadələşdirilmiş viza rejiminin tətbiq olunmasını təklif edir

İran İpək Yolu ölkələri arasında sadələşdirilmiş viza rejiminin tətbiq olunmasını təklif edir
# 06 sentyabr 2012 08:51 (UTC +04:00)
Bakı. Ülkər Rəşıdqızı – APA. İran İpək Yolu ölkələrinin Baş Assamblyesanını yaradılması təklifi ilə çıxış edib. Bunu İran İslam Respublikasının vitse-prezidenti, İran Mədəni İrs və Mədəniyyət Təşkilatının sədri Seyid Həsən Musəvi bu gün Bakıda keçirilən "İpək Yolunun tamı: Kulinariya, Mədəniyyət və Turizm" adlı beynəlxalq konfransda deyib.

Vitse-prezident assambleyanın ilk qurultayının gələn ilin sonunda İranda keçirilməsi, 2014-cü ilin “İpək Yolu” devizi ilə altında elan olunması, Ümumdünya Turizm Təşkilatının bir gününün “İpək Yolu Günü” kimi qeyd edilməsi, İpək Yolu ölkələri arasında Şengen vizasına analoq olaraq sadələşdirilmiş viza rejiminin tətbiqi və “İpək Yolu” atlasının tərtib olunması təklifləri üzərində dayanıb.

Qeyd olunub ki, İran tərəfi bu atlasın yaradılmasını öz üzərinə götürmək istəyir.

Bakıda keçirilən "İpək Yolunun tamı: Kulinariya, Mədəniyyət və Turizm" adlı beynəlxalq konfransı çərçivəsində Azərbaycanda səfərdə olan BMT Ümumdünya Turizm Təşkilatının baş katibi Talbe Rifai və İran İslam Respublikası vitse-prezidenti arasında görüş keçirilib. Görüşdə İranın turizm potensialı və gələcək planları müzakirə edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR