Azərbaycanın xarici işlər naziri Avstriyaya rəsmi səfərə dəvət olunub
18 avqust 2012 08:54 (UTC +04:00)
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş zamanı Azərbaycan və Avstriya arasında münasibətlərin uğurla inkişaf etdiyi vurğulanıb, iki ölkə arasında iqtisadi, enerji və mədəniyyət sahəsində əməkdaşlığın gələcək inkişaf perspektivləri müzakirə edilib.
Görüş əsnasında Azərbaycandakı Avstriya şirkətlərinin fəaliyyətindən məmnunluq ifadə olunub. Nazirlər parlamentlərarası münasibətlərin inkişafı üçün qarşılıqlı səfərlərin intensivləşdirilməsinin və bu səfərlərin artmasının daha da təşviq edilməsi vacibliyini vurğulayıblar. Həmçinin digər sahələrdə də müxtəlif səviyyələrdə səfərlər mübadilələrinin həyata keçirilməsi zəruriliyi qeyd edilib. Avstriyanın xarici işlər naziri E. Məmmədyarovu Avstriyaya rəsmi səfərə dəvət edib.
Görüş zamanı E. Məmmədyarov Avstriyada Azərbaycanın Mədəniyyət Günlərinin keçirilməsinin nəzərdə tutulduğunu qeyd edərək, bu ölkədə yaxın vaxtlarda Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyətə başlayacağını bildirib.
E. Məmmədyarov görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi istiqamətində aparılan danışıqlar prosesinin hazırkı durumu barədə avstriyalı həmkarına məlumat verib.

Xarici siyasət
Vladanka Andreeva: Azərbaycan öz könüllü milli hesabatını təqdim edən azsaylı ölkələrdəndir
10:48
7 may 2024
Ceyhun Bayramov ATƏT-in sədri ilə Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edib
20:39
6 may 2024
Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
19:18
6 may 2024
Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb, ekspert qruplarının işi davam edir
18:01
6 may 2024