Azərbaycan Dövlət Neft Fondu Rusiya valyutasına investisiyalara başlayıb

Azərbaycan Dövlət Neft Fondu Rusiya valyutasına investisiyalara başlayıb
# 23 oktyabr 2012 15:10 (UTC +04:00)
Fondan «APA-Economics»ə verilən məlumata görə, investisiya siyasətinə əsasən, bu il ərzində artıq Türkiyə lirəsində ifadə olunan aktivlərə ilkin investisiyalar həyata keçirilib və Rusiya rubluna investisiyaların həyata keçirilməsi ilə əlaqədar müvafiq işlər tamamlanıb.

ARDNF Rusiyanın ən böyük banklarından biri olan «Qazprombank»a 3 mlrd. rubl (təxminən 100 mln. ABŞ dolları) dəyərində qısamüddətli depozit yerləşdirərək bu valyutada ilkin investisiyalarına başlayıb.
«İnvestisiya Neft Fondunun Rusiya rublunda ifadə olunan aktivlərə nəzərdə tutduğu uzunmüddətli investisiya strategiyasının ilkin mərhələsidir və gələcəkdə bu valyutada ifadə olunan digər maliyyə alətlərinə də müvafiq investisiyaların həyata keçirilməsi nəzərdə tutulur», - deyə ARDNF-in Vəsaitlərin idarə edilməsi Müdiriyyətinin müdiri İsrafil Məmmədov qeyd edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR