Azərbaycan paytaxtında 73 yaşlı qadın xüsusi amansızlıqla qətlə yetirilib - YENİLƏNİB

Azərbaycan paytaxtında 73 yaşlı qadın xüsusi amansızlıqla qətlə yetirilib - <font color=red>YENİLƏNİB</font>
# 18 fevral 2012 08:55 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Azərbaycan paytaxtında xüsusi amansızlıqla qətl törədilib. Bu barədə APA-ya Binəqədi rayon Polis İdarəsindən bildirilib.

Hadisə ötən gecə Azadlıq prospektində yerləşən 9 mərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində qeydə alınıb. Həmin ünvanda yaşayan, 1938-ci il təvəllüdlü Elmira Səxavət qızı İsmayılova naməlum şəraitdə çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilib. Ev sahibəsi qətlə yetirildikdən sonra mənzil yandırılıb. Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri yanğının qarşısını ala biliblər.

İlkin ehtimala görə, qətl qarət məqsədi ilə törədilib. Lakin hadisənin motivi hələlik məlum deyil.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, qətlə yetirilən qadın BMT-nın Ümumdünya Ərzaq Proqramının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Fuad Hüseynovun anasıdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR