Bu gün Bakı-Roma aviareysi açılıb

Bu gün Bakı-Roma aviareysi açılıb
# 17 aprel 2012 06:58 (UTC +04:00)
AZAL-dan «APA-Economics»ə verilən məlumata görə, sözügedən aviareyslər hər həftənin II, IV və VI günləri saat 08:25-də «Airbus-319» və «Airbus-320» tipli avialaynerlər ilə yerinə yetiriləcək.

Eyni zamanda, aprelin 21-dən mayın 31-dək AZAL İtaliyanın digər şəhərinə – Milana yerinə yetirdiyi aviareyslərin sayını artıracaq. Hazırda sözügedən marşrut üzrə uçuşlar hər həftənin I və V günləri saat 07:30-da həyata keçirilir. Aprelin 21-dən etibarən isə Bakı-Milan-Bakı aviareysi həftədə 3 dəfə (həftənin III günü də) yerinə yetiriləcək.

Qeyd edək ki, Bakı-Roma-Bakı və Bakı-Milan-Bakı aviareyslərinə bir biletin minimal qiyməti 420 manat təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR