Azərbaycanda Bakı-Tbilisi-Ceyhan kəmərinin ərazisində torpaq qırılması müşahidə olunur

Azərbaycanda Bakı-Tbilisi-Ceyhan kəmərinin ərazisində torpaq qırılması müşahidə olunur
# 12 sentyabr 2012 14:13 (UTC +04:00)
Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutunun Seysmologiya və geodinamika şöbəsinin aparıcı seysmoloqu Qulam Babayev bildirib.

Onun sözlərinə görə, ərazidə çox geniş radiometrik, qravimetrik, GPS tədqiqatlar, seysmik monitorinq aparılır. Amma baş verən prosesləri daha dərindən araşdırmaq üçün ərazidə dərin seysmik tədqiqatlar və dərin seysmik zondlaşma aparılmalıdır: “Tədqiqatın xırdalıqlarını çox açıqlamayacağam. Çünki tədqiqatın nəticələri yalnız BP şirkətinin razılığı ilə açıqlana bilər. Amma bu səpkidə aparılan nəticələr çox maraqlıdır. İlkin nəticələrə əsasən, onu deyə bilərəm ki, indiki məlumatlar keçmişdə olan məlumatlardan fərqlənir. Bu, yeni məlumatlardır. Ola bilsin ki, bu, yer təkinin, qrunt sularının, seysmik fonun dəyişməsi nəticəsində müşahidə olunur”.

Q. Babayev deyib ki, BTC boyunca potensial təhlükəli zəlzələ ocaqları var: “Boru istiqamətində yaxında və uzaqda olan zəlzələ ocaqları nəzarətə alınıb. Biz bununla bağlı zəlzələ kataloqları tərtib eləmişik. Hətta palçıq vulkanlarının kataloqu da tərtib olunur. Çünki Abşeron yarımadasında dünyada müşahidə olunan çox böyük miqdarda palçıq vulkanları var. Biz bunu da nəzərə alırıq ki, Səngəçal terminalı tərəfdə bu palçıq vulkanları həmin əraziyə təsir edə bilər. Bununla əlaqədar geniş tədqiqatlar aparılır”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR