Azərbaycan Mərkəzi Bankının yaradılmasının 20 illiyinə həsr edilən poçt markası buraxılıb

Azərbaycan Mərkəzi Bankının yaradılmasının 20 illiyinə həsr edilən poçt markası buraxılıb
# 16 fevral 2012 08:52 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Azərmarka» şirkəti Azərbaycan Mərkəzi Bankının yaradılmasının 20 illiyinə həsr edilən markanı poçt dövriyyəsinə buraxıb.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, 50 min nüsxədə buraxılan nominal markanın dəyəri 50 qəpiyə bərabərdir. Marka üzərində bankın yubileyi münasibətilə yaradılan xüsusi loqotip təsvir olunub.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı 1992-ci ilin fevral ayında yaradılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR