Moskvada müxalifətin növbəti mitinqi keçirilib

Moskvada müxalifətin növbəti mitinqi keçirilib
# 10 mart 2012 12:49 (UTC +04:00)
Bakı – APA. Bu gün Rusiyanın paytaxtı Moskva şəhərində müxalifətin növbəti mitinqi keçirilib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, aksiya Yeni Arbat meydanında “Ədalətli seçki uğrunda!” şüarı ilə təşkil olunub. Təşkilatçılar mitinqdə azı 25 min, polis isə 10 min nəfərin iştirak etdiyini açıqlayıb.

Aparıcı Vladimir Rıjkov aksiyanın sonunda iştirakçılara “yenə gələcəksinizmi?” sualını yönəldib və müsbət cavab alıb. “Sol Cəbhə”nin (“Levıy Front”) koordinatoru Sergey Udalsov isə prezident və parlament seçkilərinin nəticələrinə etiraz edən hər kəsi mayın 1-də Moskvada keçiriləcək “milyonluq marş”a dəvət edib. V. Rıjkov əlavə edib ki, 7 may tarixi də yaxşı tarixdir, belə ki, həmin gün Vladimir Putinin andiçmə mərasiminin keçirilməsi nəzərdə tutulub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR