Türkiyənin Əfqanıstandakı qüvvələrinin sabiq komandanı: “Azərbaycan sülhməramlıları yüksək hazırlığa malikdir”

Türkiyənin Əfqanıstandakı qüvvələrinin sabiq komandanı: “Azərbaycan sülhməramlıları yüksək hazırlığa malikdir”
# 28 iyun 2012 12:30 (UTC +04:00)
Bunu APA-ya açıqlamasında Türkiyə Silahlı Qüvvələrinin istefada olan generalı, Türkiyənin Əfqanıstandakı qüvvələrinin sabiq komandanı Oqtay Bingöl bildirib.

General bildirib ki, Azərbaycan sülhməramlı kontingenti çox yaxşı təlimlər keçib, ən müasir silah, texnika və digər xüsusi vasitələrlə təchiz edilib. Türkiyə və Azərbaycan hərbçiləri digər müttəfiq qüvvələrindən fərqli olaraq Əfqanıstanda yerli xalq arasında yaxşı nüfuz qazanıblar. Bu səbəbdən də indiyədək onlara qarşı ciddi təhlükə yaradacaq hadisə, hücum olmayıb.

«Azərbaycan əsgərlərimiz küçədə patrul xidməti apararkən digər ölkələrin əsgərlərindən fərqli olaraq, silahın lüləsi aşağı vəziyyətdə gəzirlər. Sadə əfqana qara eynəkdən baxmırlar, onlarla ünsiyyət qurur, əfqanlara qarşı təhqiramiz hərəkətlərə yol vermirlər. Bizim oradakı nailiyyətin əsas sirri də budur», - deyə O. Bingöl vurğulayıb.

Generalın sözlərinə görə, Türkiyə və Azərbaycanın Əfqanıstanda həyata keçirdikləri layihələr çox önəmlidir.

Qeyd edək ki, Azərbaycan sülhyaratma missiyaları ilə yanaşı, Əfqanıstanda minatəmizləmə, təhsil, səhiyyə sahələrində də Əfqanıstana köməkliklər göstərir.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR