Bakıda gecə klubunun sahibini güllələyən şəxsin adı açıqlanıb

Bakıda gecə klubunun sahibini güllələyən şəxsin adı açıqlanıb
# 14 sentyabr 2012 09:31 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Bakıda silahlı insident törədən şəxsin adı açıqlanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sentyabrın 13-də saat 04.45 radələrində Nəsimi rayonu ərazisindəki “ZERO” gecə klubundan Bakı şəhər sakini Əhməd Həsənov ayaq nahiyəsindən güllə yarası ilə xəstəxanaya gətirilib. Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində hadisənin Şəmkir rayon sakini, əvvəllər məhkum olunmuş Kənan İbrahimov tərəfindən törədilməsi müəyyən edilib. Hadisə yerindən 1 ədəd "Makarov" tipli tapança, 5 ədəd patron və 1 ədəd patron darağı götürülüb.

Hazırda K. İbrahimovun tutulması istiqamətində tədbirlər davam etdirilir.

Qeyd edək ki, hadisə zamanı yaralanan Ə. Həsənov “ZERO” gecə klubunun sahibidir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR