Müdafiə nazirinin müavini Çingiz Məmmədov general Lənkəran Əliyevə cavab verib

Müdafiə nazirinin müavini Çingiz Məmmədov general Lənkəran Əliyevə cavab verib
# 05 mart 2012 09:27 (UTC +04:00)
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya daxil olan açıqlamada bunlar qeyd olunub: “Uzun illər Lənkəran Əliyevlə bir yerdə çalışıb və onun rəis olduğu sahəyə bilavasitə nazir müavini kimi rəhbərlik etmişəm. Vaxtaşırı ona öz məsləhətlərimi verir və nizamnamədənkənar hərəkətlərdən əl çəkməyi tövsiyə edirdim. Dediklərimizdən nəticə çıxarmış olsaydı indi özü də belə bir vəziyyətlə qarşılaşmazdı. Güman edirdim ki, səhvini başa düşüb bir daha həqiqətə uyğun olmayan məlumatlarla ictimaiyyəti çaşdırmaz. Ancaq əksini gördüm. O, yenə də əsassız açıqlamalarını davam etdirməkdədir. İndi də guya özü arxa plana çəkilib yaxınlarının adından istifadə edərək doğru olmayan informasiyaları yaymaqla məşğuldur”.
Ç. Məmmədov bir neçə gün əvvək L. Əliyevlə arasında olan telefon əlaqəsindən də danışıb: “Öz təşəbbüsümlə mən ona telefon zəngi etdim və məsləhət bildim ki, qanunsuz zəbt etdiyi mənzili təhfil versə daha yaxşı olar. Lakin mənim bu təklifimi sonradan başqa yerə yozaraq informasiya agentliklərindən birinə yanlış məlumatlar ötürüb. Bildirib ki, guya mən rəhbərlik adından ona ultimatum çatdırmışam və söyləmişəm ki, əks halda evdən zorla çıxarılacaq. Əslində belə danışıq tonu mənim təbiətimə uyğün deyil. Bayaq qeyd etdiyim kimi, sadəcə öz məsləhətimi çatdırdım. O, isə bundan tamamilə başqa nəticə çıxararaq öz xeyrinə faydalanmağa çalışıb. Çox təəssüfləndirici haldır”.
Ç. Məmmədov, həmçinin qeyd edib ki, general Lənkəran Əliyev TTM-in rəisi vəzifəsində xidmət edərkən şəxsi heyətlə kobud davranması və Silahlı Qüvvələrin nizamnamələrinin tələblərini pozmaqla yol verdiyi digər qanuna zidd hərəkətlər, tabeliyindəki hərbi qulluqçuların narazılığına və şəxsi heyətdə qeyri-sağlam abu-havanın yaranmasına səbəb olub: “Dəfələrlə onun bu işləri diqqətinə çatdırılsa da, mənası olmayıb. Beləliklə, TTM-in hərbi qulluqçularından Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin rəhbərliyinə ünvanlanmış şikayətlər üzrə xidməti yoxlamalar aparılarkən xeyli sayda qanun pozuntuları aşkar edilib. Bütün bunlara görə də o tutduğu vəzifədən azad edilərək aşağı vəzifəyə keçirilib. Mən artıq onun fəaliyyəti barədə mətbuata açıqlanan məlum faktları bir daha təkrarlamaq istəmirəm. Lakin bircə faktı çatdırmaqla kifayətlənirəm. 2004-cü ildə ona Azərbaycan Respublikasının prezidenti tərəfindən 180 kv.m-ə yaxın şəxsi mənzil verilib. Bu mənzilin indi harada və kimdə olduğunu onun özündən yaxşı bilən yoxdur. Belə olan halda qanunsuz mənzilartırma ilə məşğul olmaq nə dərəcədə ədalətli görünür?”

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR