“Azersun Holding”də qanvermə aksiyası keçirilib - FOTO

“Azersun Holding”də qanvermə aksiyası keçirilib - <font color=red>FOTO</font>
# 19 iyun 2012 12:22 (UTC +04:00)
Bakı - APA-Economics. “Azersun Holding” ənənəvi olaraq bu il də talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlara yardım məqsədilə qanvermə aksiyası keçirib.

Holdinqdən “APA-Economics”ə verilən məlumata görə, aksiyaya “Azərsun Holdinq”in tərkibində fəaliyyət göstərən müəssisələrin əməkdaşları qatılıb.
Aksiyada iştirak edən və ilk olaraq qan verən “Azersun Holding”in İdarə Heyətinin sədri Abdolbari Goozal aksiyanın əhəmiyyətindən danışaraq, bu tədbirin artıq ənənəyə çevrildiyini vurğulayıb.

Qanvermə zamanı qanverən şəxslərə tibbi xidmət göstərilib və donor qanları Səhiyyə Nazirliyinin mərkəzi qan bankına təhvil verilib.

Qeyd edək ki, qanvermə aksiyası holdinqin regionlarda fəaliyyət göstərən müəssisələrində də təşkil olunacaq. İstehsal etdiyi milli markalarımızla ölkəmizin ərzaq təhlükəsizliyinə böyük töhfə vermiş “Azersun Holding” artıq 6 ildir belə bir aksiya keçirir. Bu günə qədər “Azersun Holding” əməkdaşları tərəfindən 1000 litrdən artıq qan mərkəzi qan bankına hədiyyə edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR