ABŞ-da İrana qarşı ehtimal edilən müharibə əleyhinə aksiya keçirilib

ABŞ-da İrana qarşı ehtimal edilən müharibə əleyhinə aksiya keçirilib
# 13 iyul 2012 11:16 (UTC +04:00)
Bakı. Könül Cəfərli-APA. ABŞ-ın Oklahoma şəhərində İrana qarşı ehtimal edilən müharibə əleyhinə etiraz aksiyası keçirilib. APA-nın İRİB-ə istinadən məlumatına görə, nümayişçilər ABŞ Konqresinin İranla müharibəyə başlamağa dair qərar qəbul etməsinin qarşısını almaq üçün şəhərin 3 müxtəlif yerində “İranla müharibə istəmirik!” şüarının yazıldığı böyük həcmli plakatlar asıblar. Aksiya iştirakçıları Konqresi İrana qarşı ehtimal edilən hərbi müdaxilədən çəkinməyə çağırıblar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR