Kəlbəcərli jurnalistlər İran və Rusiya rəhbərlərinə ünvanladıqları müraciəti bu ölkələrin Bakıdakı səfirliklərinə təqdim ediblər - FOTO

Kəlbəcərli jurnalistlər İran və Rusiya rəhbərlərinə ünvanladıqları müraciəti bu ölkələrin Bakıdakı səfirliklərinə təqdim ediblər - <font color=red>FOTO</font>
# 03 aprel 2012 11:46 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Azərbaycanın Ermənistan tərəfindən işğal edilən Kəlbəcər rayonundan olan bir qrup jurnalist İran və Rusiya rəhbərlərinə müraciət hazırlayıb. APA-nın məlumatına görə, müraciət İran və Rusiyanın Azərbaycandakı səfirliklərinə təqdim edilib.

İran səfirliyində jurnalistlər diplomatik nümayəndəliyin əməkdaşı tərəfindən qeyri-etik davranışla üzləşiblər. Səfirliyin nümayəndəsi müraciəti təqdim etmək üçün çox sayda şəxsin gəlməsini irad kimi bildirərək əvvəlcə sənədi götürmək istəməyib. Sonradan isə jurnalistlər öz niyyətlərini reallaşdıra biliblər.

Rusiya səfirliyində isə jurnalistlər analoji halla qarşılaşmasalar da, müraciətin qəbulu diplomatik etikaya uyğun həyata keçirilməyib. Belə ki, jurnalistlər təhlükəsizlik tədbirləri bəhanə gətirilərək heç nəzarət-buraxılış məntəqəsinə belə yaxın buraxılmayıblar.

Aksiya insidentsiz başa çatıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR