Gürcüstandan Azərbaycana qaçaq yolla mobil telefon və aksessuarlar keçirilməsinin qarşısı alınıb

Gürcüstandan Azərbaycana qaçaq yolla mobil telefon və aksessuarlar keçirilməsinin qarşısı alınıb
# 14 sentyabr 2012 14:15 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Gürcüstandan Azərbaycana qaçaqmal yolla mobil telefon və aksessuarlar keçirilməsinin qarşısı alınıb.

APA-nın Dövlət Gömrük Komitəsinin saytına istinadən verdiyi məlumata görə, “Sınıq Körpü” gömrük postunda Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşı Seymur Verdiyevin idarə etdiyi “QAZ-3110” markalı minik avtomobilinə gömrük nəzarəti zamanı həmin nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş halda 100 ədəd “C10” markalı və 185 ədəd “X202” markalı mobil telefonlar aşkar edilərək saxlanılıb.

Eyni zamanda “Sınıq Körpü” gömrük postunda Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşı İntiqam Əliyevin idarə etdiyi “Opel Zafira” markalı minik avtomobilinə gömrük baxışı zamanı həmin nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş şəkildə müxtəlif markalı, cəmi 53 ədəd aksesuarlı mobil telefon, eləcə də müxtəlif markalı, cəmi 66 ədəd aksesuarsız mobil telefon və müxtəlif mobil telefonlara aid aksesuarlar - 66 ədəd qidalandırma cihazı, 66 ədəd akkumulyator və 66 ədəd “qulaqcıq” aşkar edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR