Baş nazirin müavini: Gürcüstan Avropa İttifaqına üzvlük yolundadır

Baş nazirin müavini: Gürcüstan Avropa İttifaqına üzvlük yolundadır
# 01 may 2024 15:13 (UTC +04:00)

Bu gün Gürcüstan Avropa İttifaqına üzvlük yolundadır.

APA xəbər verir ki, bunu Gürcüstan Baş nazirinin müavini Tea Tsulukiani “Müxtəliflik harmoniyası: qlobal mədəni intibah naminə mədəniyyətlərarası dialoqun təşviqi” sırasında nazirlərin V görüşündə çıxışı zamanı deyib.

“İnanırıq ki, hər bir ölkə üçün öz mədəniyyətini, dəyərlərini Avropada, bir növ, nümayiş etdirmək üçün şərait yaradılacaq. Biz inklüziv Avropa cəmiyyətinin bir parçası olmaq istəyirik”, - o əlavə edib.

Baş nazirin müavini Azərbaycanla tərəfdaşlıq və dostluq münasibətlərini yüksək dəyərləndirdiklərini vurğulayıb:

“Bunu hər bir beynəlxalq forumda dilə gətirməkdən məmnunuq. Biz sizinlə böyük şərəf hissi ilə işləyirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR