Gürcüstanda 35 əsgər zəhərlənib

Gürcüstanda 35 əsgər zəhərlənib
# 07 sentyabr 2012 23:41 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Gürcüstanda 35 əsgər zəhərlənib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə gürcü saytları xəbər verib. Məlumata görə, zəhərlənən hərbçilər əvvəlcə Gürcüstan paytaxtındakı Cərrahiyyə İnstitutuna və Quduşauri adına klinikaya gətirilib və bu tibb ocaqlarında onlara ilk tibbi yardım göstərildikdən sonra hərbçilər Qori şəhərindəki hərbi hospitala aparılıb.
Xəbərə görə, əsgərlər yeyinti məhsulundan zəhərləniblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR