ARDNŞ-ın aktivləri 17 mlrd. manata çatıb

ARDNŞ-ın aktivləri 17 mlrd. manata çatıb
# 07 iyun 2012 09:43 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Hazırda Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) aktivləri 17 mlrd. manat, illik balans mənfəəti 879 mln. manat təşkil edir.

APA-Economics”in məlumatına görə, bunu XIX Xəzər Neft-Qaz Konfransında çıxış edən ARDNŞ-ın iqtisadi məsələlər vitse-prezidenti Süleyman Qasımov bildirib.

Onun sözlərinə görə, ötən il şirkətin qısamüddətli aktivləri 2008-ci ilə nisbətən 81%, cəmi aktivləri 36%, əməliyyat fəaliyyətindən mənfəəti 33%, xalis mənfəət 81%, vergi ödənilənə qədər mənfəəti isə 54% artıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR