Bakıda “Təzyiq altında irs – şəhərlərin tarixi landşaftlarının perspektivləri” mövzusundakı beynəlxalq konfrans keçiriləcək

Bakıda “Təzyiq altında irs – şəhərlərin tarixi landşaftlarının perspektivləri” mövzusundakı beynəlxalq konfrans keçiriləcək
# 17 aprel 2012 11:37 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Bakı şəhəri növbəti beynəlxalq tədbirə ev sahibliyi edəcək. Aprelin 26-29-da Bakıda “Təzyiq altında irs – şəhərlərin tarixi landşaftlarının perspektivləri” mövzusundakı beynəlxalq konfrans və ona əlavə tədbirlər keçiriləcək. Tədbirlərdə 50-dən artıq dövlətin nümayəndələrinin iştirakı gözlənilir. Mədəniyyət və Turizm Nazirliyinin mədəni irs şöbəsindən APA-ya verilən məlumata görə, geniş auditoriya üçün nəzərdə tutulmuş tədbirdə mədəni irsin mühafizəsi və inkişafı sahəsində fəaliyyət göstərən dünyanın ən nüfuzlu elm adamlarının, ekspertlərin və siyasətçilərin iştirakı nəzərdə tutulub.

Bakı konfransı tarixi şəhərlərin, xüsusilə də UNESCO-nun “Ümumdünya İrs Siyahısı”na daxil edilmiş və yaxud ümumdünya irs obyektlərinin yerləşdiyi bəşəri irs əhəmiyyətli şəhərlərin UNESCO-nun tarixi şəhər landşaftı ilə bağlı tövsiyələri əsasında inkişaf tendensiyaları ilə bağlı olacaq, urbanizasiyasının şəhərlərin tarixən formalaşmış landşaftına təsirlərini araşdırmağa çalışacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR