“Peugeot” 8 min əməkdaşını ixtisar edəcək

“Peugeot” 8 min əməkdaşını ixtisar edəcək
# 12 iyul 2012 15:23 (UTC +04:00)
Bakı – APA-Economics. Fransanın “PSA Peugeot Citroen” avtokonserni 8 min əməkdaşını ixtisar etmək və Parisdəki yığım zavodunun fəaliyyətini dayandırmaq qərarına gəlib.

APA-Economics”in “Reuters”ə istinadən xəbərinə görə, plana əsasən üç min nəfərin çalışdığı zavodda istehsal 2014-cü ildə dayandırılacaq.

Bundan başqa, şirkət böyük avtomobillərə tələbatın azalması ilə əlaqədar Fransanın qərbindəki Renne şəhərindəki zavodda çalışan 5,6 min nəfərdən 1,4 min nəfəri, eləcə də bütün ölkə üzrə avtomobil yığımı ilə əlaqədar olmayan 3,6 min əməkdaşını ixtisar edəcək.

Avtokonsernin icraçı direktoru Filipp Varen ixtisarların səbəbi kimi Avropada borc böhranının davam etməsini göstərib: “Mən bu qərarı bütün ciddiliyi ilə anlayıram”.

Qeyd edək ki, bu ilin birinci yarısında “PSA Peugeot Citroen”in dünya üzrə satışı 13% azalıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR