KXCP sədri Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının qurultayında iştirak edəcək

KXCP sədri Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının qurultayında iştirak edəcək
# 17 oktyabr 2012 15:32 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasından (MHP) dəvət alıb.

Partiyadan verilən məlumata görə, KXCP sədrinə dəvət MHP sədri Dövlət Baxçalı tərəfindən ünvanlanıb. M. Mirəlioğlu MHP-nin bu il noyabrın 4-də keçiriləcək X qurultayına dəvət edilib.

M. Mirəlioğlu APA-ya bildirib ki, o qurultayda iştirak etməkdə israrlıdır və dəvət edilən tarixdə tədbirin keçiriləcəyi yerə səfər edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR