Tikinti şirkətinin vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə prosesi noyabrın 8-də başlayacaq

Tikinti şirkətinin vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə prosesi noyabrın 8-də başlayacaq
# 18 oktyabr 2012 10:07 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. “Kamran B.Ə.” MMC-nin vəzifəli şəxsləri barəsində cinayət işi üzrə məhkəmə prosesinin hazırlıq iclası noyabrın 8-nə təyin edilib. APA-nın məlumatına görə, cinayət işi baxılmaq üçün Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fikrət Qəribovun icraatına verilib.

Qeyd edək ki, cəmiyyətin təsisçisi və rəhbəri Ələkbər Babayev və digər təqsirləndirilən şəxslər German Hüseynov və Rüfət Nağıyev Cinayət Məcəlləsinin 178.3.2, 213.2.2 (külli miqdarda vergi ödəməkdən yayınma), 308.2 və 313-cü (vəzifə saxtakarlığı), Süleyman Əliyev Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cü, Kənan Quliyev isə Cinayət Məcəlləsinin 178.3.2-ci maddələri ilə ittiham olunurlar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR