Fin-uqor xalqları “Eurovision-2012” müsabiqəsində “Buranovskiye babuşki” qrupuna səs verəcəklər

Fin-uqor xalqları “Eurovision-2012” müsabiqəsində “Buranovskiye babuşki” qrupuna səs verəcəklər
# 20 aprel 2012 02:25 (UTC +04:00)
APA-nın vesti.ru saytına istinadən verdiyi xəbərə görə, bu barədə Udmurtiyanın milli siyasət naziri Vladimir Zavalin Beynəlxalq fin-uqor xalqlarının məşvərət komitəsinin üzvləri ilə görüşündən sonra deyib. O deyib, “biz “Buranovskiye babuşki” qrupu barədə danışdıq. O bildirib ki, hamı yekdilliklə bu qrupa səs verəcək. Bu fin-uqor dünyasının qərarıdır”. Zavalinin sözlərinə görə, “Buranovskiye babuşki” qrupunu azərbaycanlılar daxil olmaqla çox millətlər dəstəkləyir.

Beynəlxalq fin-uqor xalqlarının məşvərət komitəsinə Rusiyada və digər ölkələrdə yaşayan finlərin, norveçlərin, estonların, levovların və başqa millətlərin nümayəndələri daxildir.


“Buranovskiye babuşki” 57-ci “Eurovision-2012” mahnı müsabiqəsinin mayın 22-də keçiriləcək birinci yarımfinalında 14-ci nömrə altında çıxış edəcəklər. Onlarla birgə 18 ölkənin nümayəndəsi finala çıxmaq uğrunda mübarizə aparacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR