Azərbaycan milli mətbəxi Türkmənistanda təqdim olunub

Azərbaycan milli mətbəxi Türkmənistanda təqdim olunub
# 04 may 2024 13:30 (UTC +04:00)

Azərbaycan milli mətbəxi Türkmənistanda təqdim olunub.

APA-nın Mərkəzi Asiya bürosu xəbər verir ki, bu barədə Azərbaycanın Türkmənistandakı Səfirliyi məlumat yayıb.

Tədbir mayın 4-də Aşqabad Beynəlxalq Məktəbində keçirilib. “Beynəlxalq Mətbəx Festival”ında Azərbaycanın Türkmənistandakı Səfirliyi ölkəmizi təmsil edib.

Bu barədə diplomatik nümayəndəlikdən bildirilib.

Festivalda Azərbaycanın Türkmənistandakı Səfirliyi üçün ayrılmış guşədə milli mətbəximizin ləziz yemək və şirniyyatları iştirakçılara təqdim olunub. Milli yemək və şirniyyatlarımız haqqında qonaqlara məlumat verilib.

Həmçinin, tədbirdə ölkəmizin tarixi, mədəniyyəti və turizm potensialı ilə bağlı kitab, broşürlər nümayiş etdirilib və paylanılıb. Tədbirdə Azərbaycanın azerbaijan.travel turizm saytı ilə bağlı bannerlər nümayiş olunub.

Milli mətbəximizinin nümunələri, ölkəmizlə bağlı foto-açıqcalar, suvenirlər, sənətkarlıq nümunələri festivala gələn qonaqlar tərəfindən rəğbətlə qarşılanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR