Azərbaycanda “Maliyyə muzeyi” yaradılacaq

Azərbaycanda “Maliyyə muzeyi” yaradılacaq
# 02 noyabr 2012 09:06 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda növbəti Elmi Şura keçirilib.

İnstitutdan APA-ya verilən məlumata görə, şurada Maliyyə Nazirliyi nəzdində “Maliyyə muzeyi”nin yaradılması ilə bağlı məsələ müzakirə olunub.

Qeyd olunub ki, Tarix İnstitutu Maliyyə Nazirliyinin Azərbaycanda pul tədavülü və sikkə zərbi tarixinə dair muzeyin yaradılması təşəbbüsünü dəstəkləyir. Məsələ ilə bağlı institutda işçi qrupu yaradılıb. İşçi qrupu Azərbaycanın pul (sikkə) tarixinə, zərbxanalarına dair materialları toplayaraq sistemləşdirəcək.

Azərbaycanın tarixi torpaqlarında mövcud olmuş zərbxanaların ayrı-ayrı dövrlər üzrə sistemləşdirilərək siyahısının hazırlanması nəzərdə tutulur. Tarixi Azərbaycan zərbxanalarının xəritəsinin də tərtib olunması planlaşdırılır. Pul tədavülü və sikkə zərbi ilə bağlı tarixən verilən fərman və sərəncamlar toplanaraq muzeyin ekspozisiyasında nümayiş etdiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR