Hüquq müdafiəçiləri 15 saylı Cəzaçəkmə müəssisəsində monitorinq keçirib
06 aprel 2012 15:02 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün "İnsan Haqları Uğrunda" İctimai Birliyinin sədri Eynulla Fətullayevin rəhbərliyi ilə təşkilatın monitorinq qrupu Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 15 saylı cəzaçəkmə müəssisəsində monitorinq keçirib. Birlikdən APA-ya verilən məlumata görə, monitorinq zamanı cəzaçəkmə müəssisəsində məhkumların saxlandığı korpuslara, yataqxanalara və onların istifadəsində olan məişət və şəxsi əşyaların saxlandığı otaqlara, məişət obyektlərinə baxış keçirilib. Məhkumların saxlanma şəraiti, həmçinin, cəzaçəkmə müəssisələrində son dövrdə gedən islahatlar çərçivəsində görülən işlərlə yaxından tanışlıq olub. Məlumatda monitorinq zamanı heç bir ciddi qüsur və problemin müəyyən edilmədiyi qeyd olunub.
Monitorinqdən sonra Eynulla Fətullayev Azərbaycanda dövlət çevrilişinə cəhddə təqsirləndirilən, hazırda həbsdə olan Səid Dadaşbəyli və Emin Mehbalıyevlə görüşüb.
"İnsan Haqları Uğrunda" İctimai Birliyindən o da bildirilib ki, Emin Mehbalıyev Həmkarlar İttifaqları Konfederasiyasının prezidenti, millət vəkili Səttar Mehbalıyevin qardaşı oğludur. Görüş zamanı hər iki məhkum onlara qarşı sürülən ittihamlarla razı olmadıqlarını bildiriblər.

Hadisə
Qəbələdə leysan yağışları güclü fəsadlar törədib, yollar bağlanıb - FOTO
08:45
26 iyun 2024
Bakıda gənc oğlan qətlə yetirilib - FOTO
03:31
26 iyun 2024
Kəlbəcərdə maşın aşıb, iki nəfər ölüb, beş nəfər yaralanıb
00:59
26 iyun 2024
Şərurda bir nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib - FOTO
00:55
26 iyun 2024