“Naxçıvanbank”ın “E-kredit Bank Olmayan Kredit Təşkilatı”na çevrilməsi prosesinə başlanılıb

“Naxçıvanbank”ın “E-kredit Bank Olmayan Kredit Təşkilatı”na çevrilməsi prosesinə başlanılıb
# 25 iyun 2024 17:23 (UTC +04:00)

“Naxçıvanbank” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağının qərarı, Azərbaycan Mərkəzi Bankına müraciət və Mərkəzi Bankın qabaqcadan yazılı razılığına əsasən “Naxçıvanbank” ASC-nin, “E-kredit Bank Olmayan Kredit Təşkilatı” MMC-yə çevrilmə formasında yenidən təşkili prosesinə başlanıb.

Bu barədə "APA-Economics"ə bankdan bildirilib. Qeyd edilib ki, “Naxçıvanbank” ASC-nin kreditorlarından xahiş olunur ki, 24 iyun 2024 tarixindən 24 avqust 2024 tarixinə kimi 60 təqvim günü müddətində tələblərinin qeydə alınması üçün aşağıdakı ünvanlara bank iş günləri saat 10.00-dan 17.00-a kimi müraciət etsinlər:

  • Naxçıvan MR, Naxçıvan şəhər, C.Məmmədquluzadə küçəsi, 27 (Baş ofis)
  • Bakı şəhəri, Xətai rayonu, Ağ şəhər, Fəvvarələr küç.,1 (Bakı filialı)
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR