İlahiyyatçı Hacı Salman Kamiloğlu həbs olunub - YENİLƏNİB

İlahiyyatçı Hacı Salman Kamiloğlu həbs olunub - YENİLƏNİB
# 25 iyun 2024 18:02 (UTC +04:00)

İlahiyyatçı Hacı Salman Kamiloğlu barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.

APA xəbər verir ki, bu gün Abşeron rayon Məhkəməsində hakim Firuzə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Hacı Salman Kamiloğlu barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, ilahiyyatçı Cinayət Məcəlləsinin 153.2-ci (On altı yaşına çatmayan şəxsə qarşı əxlaqsız hərəkətlər - Eyni əməllər on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi üzrə ittiham olunur.

Hazırda Abşeron rayon Polis İdarəsində fakt üzrə istintaq hərəkətləri aparılır.

***

10.14

İlahiyyatçı Hacı Salman Kamiloğlu barəsində cinayət işi başlanılıb.

APA xəbər verir ki, ilahiyyatçı Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 153.2-ci (On altı yaşına çatmayan şəxsə qarşı əxlaqsız hərəkətlər - Eyni əməllər on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi üzrə ittiham olunur.

Hazırda Abşeron rayon Polis İdarəsində fakt üzrə istintaq hərəkətləri aparılır.

Qeyd olunur ki, Hacı Salman 11 yaşlı qızı küçədə maşınına dəvət edib və ona qarşı seksual xarakterli hərəkətlər edib.

Bu gün ərzində Abşeron Rayon Məhkəməsi tərəfindən Hacı Salman Kamiloğlu barəsində qətimkan tədbirinin seçilməsi gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR