Bakının Qurtuluş Günü münasibətilə Fəxri Xiyabandan Türk Şəhidliyinə yürüş olub - FOTOSESSİYA

Bakının Qurtuluş Günü münasibətilə Fəxri Xiyabandan Türk Şəhidliyinə yürüş olub - <font color=red>FOTOSESSİYA</font>
# 15 sentyabr 2012 09:52 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. 15 sentyabr - Bakının Qurtuluş Günü münasibətilə Azərbaycanın bir qrup ictimai təşkilatları Türk Şəhidliyi önündə tədbir keçirib.

APA-nın məlumatına görə, tədbirin təşkilatçıları “Mübariz Gənclər” Təşkilatı və digər qurumlar olub.

Tədbir iştirakçıları Fəxri Xiyabanın qarşısından Türk Şəhidliyinə qədər yürüş edib. Onlar “Şəhidlər ölməz, Vətən bölünməz!”, “Bir bədəndə iki can – Türkiyə-Azərbaycan” və digər şüarlar səsləndiriblər. Tədbir Türk Şəhidliyinin ziyarəti ilə başa çatıb.

Bu gün həmçinin İctimai Palatanın (İP) rəhbərliyi və üzvləri də Türk Şəhidliyini ziyarət edib. Mərasimdə İP Koordinasiya Şurasının üzvləri – AXCP sədri Əli Kərimli və Müsavat Partiyasının başqanı İsa Qəmbər çıxış edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR