Azərbaycanda dağlıq ərazidə yanğın başlayıb, yanğının söndürülməsinə helikopterlər cəlb olunub
16 avqust 2012 15:21 (UTC +04:00)
APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, İsmayıllı rayonu, Tircan və Qaraqaya kəndləri arasında çətin keçilən dağlıq ərazidə, təxminən 3 ha kol-kos, quru ot və seyrək ağaclar olan sahə yanır. Yanğının genişlənərək yaxınlıqdakı meşə zolağına keçmək təhlükəsi yaranıb. Yanğın baş verən əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Şimal-qərb Regional Mərkəzinin canlı qüvvəsi və texnikası, habelə Aviasiya dəstəsinin 2 ədəd helikopteri cəlb edilib. Hazırda yanğının söndürülməsi və meşə zolağına keçməsinin qarşısının alınması üçün müvafiq tədbirlər görülür.
Hadisə
Göyçay sakinini öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb
22:28
23 may 2024
Bakıda liftdə köməksiz vəziyyətdə qalan şəxs xilas edilib - VİDEO
20:26
23 may 2024
Cəlilabadda 11 yaşlı qızı elektrik cərəyanı vuraraq öldürüb
19:34
23 may 2024
Bakıda mağazada qadına xəsarət yetirilməsi barədə sosial şəbəkədə yayılan məlumata münasibət bildirilib
18:32
23 may 2024