Bakıda Fransa kurortlarının təqdimatı keçiriləcək

Bakıda Fransa kurortlarının təqdimatı keçiriləcək
# 04 oktyabr 2012 11:43 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Oktyabrın 12-də Bakıda «Atout France» turizm agentliyinin Rusiya nümayəndəliyinin təşkilatçılığı ilə Azərbaycanda fəaliyyət göstərən turizm şirkətləri üçün Fransa kurortlarının təqdimatı keçiriləcək.

«APA-Economics»in məlumatına görə, tədbirdə Fransada fəaliyyət göstərən turizm şirkətləri, hotellər, istirahət zonaları və dağ-xizək kurortlarının nümayəndələri geniş təqdimatla çıxış edərək öz təkliflərini nümayiş etdirəcək. Təqdimat mərasimində iştirak etmək istəyənlər (+7 499) 238 29 28 nömrəsi ilə əlaqə saxlaya bilər.

Qeyd edək ki, «Atout France» Fransanın aparıcı turizm şirkətləri ilə MDB ölkələri və Ukraynada fəaliyyət göstərən turizm şirkətləri arasında işçi görüşlərini təşkil edərək onlar arasında əlaqə yaradır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR