“Eurovision.tv” saytında İçərişəhər haqqında video-reportaj yerləşdirilib

“Eurovision.tv” saytında İçərişəhər haqqında video-reportaj yerləşdirilib
# 12 aprel 2012 08:51 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. “Eurovision” mahnı müsabiqəsinin rəsmi internet saytı olan “Eurovision.tv”də paytaxt İçərişəhər haqqında xüsusi video-reportaj yerləşdirilib. APA-nın xəbərinə görə, Bakıya gələn hər turistin istəyi İçərişəhəri görmək və buradakı tarixi memarlıq nümunələri haqqında məlumat toplamaqdır. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi “Eurovision-2012” mahnı müsabiqəsi ərəfəsində qonaqlara bunun üçün hər cür şərait yaradır. Bu tarixi məkanın qonaqları üçün artıq 5 dildə audiobələdçilər hazırlanıb. “Eurovision” işçi qrupunun “Eurovision.tv” ilə birgə layihəsi çərçivəsində növbəti reportajı bu məkana həsr edilib. “Azərbaycana səyahət” bölümündən növbəti reportajda İçərişəhərin dünya əhəmiyyətli tarixi memarlıq abidələri ilə yanaşı, gəzməli yerləri də tamaşaçıların nəzərinə çatdırılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR