«Uoll Striti zəbt et» hərəkatı mayın 1-də qlobal kütləvi etiraz aksiyaları və tətillər təşkil etmək niyyətindədir

«Uoll Striti zəbt et» hərəkatı mayın 1-də qlobal kütləvi etiraz aksiyaları və tətillər  təşkil etmək niyyətindədir
# 16 mart 2012 02:24 (UTC +04:00)
Bakı – APA. ABŞ-da fəaliyyət göstərən «Uoll Striti zəbt et» hərəkatının liderləri öz tərəfdarlarını mayın 1-də kütləvi yürüşlər və tətillər keçirməyə çağırıblar.
APA-nın verdiyi xəbərə görə, onlar mayın 1-də bütün əmək fəaliyyətini, dərsləri, ticarəti, bank əməliyyatlarını dayandırmağa çağırıblar. Ən əsası isə küçələri zəbt etməyi tövsiyə ediblər.
Hərəkatın fəalları bildiriblər ki, qış aylarında intensiv təşkilatı işlər görülüb.
Xatırladaq ki, «Uoll Striti zəbt et» hərəkatı etiraz aksiyalarını Nyu-Yorkda sentyabrın 17-də keçirməyə başlayıb. Sonradan yürüşlər ABŞ-ın və dünyanın müxtəlif şəhərlərində keçirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR