BFB-da 2 mln. manatlıq DOİ emissiyası yerləşdirilib

BFB-da 2 mln. manatlıq DOİ emissiyası yerləşdirilib
# 24 avqust 2012 15:45 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin AZ0106006353 seriyalı dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 1 investor tərəfindən təqdim olunmuş sifarişin nominal üzrə ümumi həcmi 2 398 200 manat təşkil edib. Sifariş 100,18% (gəlirlik 5,00%) qiyməti ilə təqdim olunub. Nəticədə, istiqrazların nominal üzrə reallaşdırılmış həcmi 2 mln. manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, bu DOİ buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2015-ci il avqustun 21-də icra olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR