Jurnalist Xədicə İsmayıl Azərbaycanın hüquq-mühafizə orqanlarına müraciət edib

Jurnalist Xədicə İsmayıl Azərbaycanın hüquq-mühafizə orqanlarına müraciət edib
# 09 mart 2012 11:34 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. “Azadlıq” radiosunun Azərbaycan redaksiyasının əməkdaşı Xədicə İsmayıl Baş Prokurorluq və Daxili İşlər Nazirliyinə müraciət edib. Bu barədə APA-ya açıqlamasında jurnalist özü məlumat verib.

Xədicə İsmayıl qeyd edib ki, Baş Prokurorluq və Daxili İşlər Nazirliyinə ünvanladığı müraciət ona qarşı şantaj əməli törədən şəxslərlə bağlıdır: “Hüquq-mühafizə orqanlarından məni şantaj edən şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsini xahiş etmişəm”.

Qeyd edək ki, Xədicə İsmayıl martın 7-də onun yaşadığı ünvana təhdid və şantaj xarakterli məktub gəldiyini bildirib. Jurnalistin söylədiyinə görə, məktubda intim xarakterli şəkillər və hədələr yer alıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR