Haqsız rəqabətə yol verən xanım sahibkar cərimələnib
12 aprel 2012 14:39 (UTC +04:00)
Bakı - APA-Economics. Azərbaycanda haqsız rəqabətə yol verməklə müvafiq qanunvericiliyin tələblərini pozan daha bir sahibkar cərimələnib.
İqtisadi İnkişaf Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 501-ci məhəllə, ev 1A ünvanında Zəminə Hüseynovaya məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı şərq şirniyyatlarının (kətə, şəkərçörəyi, quru peçenye, ekler, paxlava, rulet, mutaki və s.) müvafiq reseptura olmadan istehsal edilməsi, həmin şirniyyatların saxlama müddətinin heç bir normativ sənədə əsaslanmadan təyin olunması, habelə istehsal edilən şirniyyatların insan orqanizmi üçün təhlükəli olması səbəbindən bu təsərrüfat subyekti barəsində İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.
Dövlət Xidmətində istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verilməsi ilə bağlı işə baxılıb və “Haqsız rəqabət haqqında” qanunun tələblərini pozduğuna görə Zəminə Hüseynovaya 1000 manat maliyyə sanksiyası tətbiq edilib.

Sahibkarlıq
Bu il güzəştli kreditlərin 71%-i regionların payına düşüb
12:00
10 may 2024
Qarabağda zəmanət və subsidiya mexanizminə ilk sahibkar müraciəti olub
11:25
10 may 2024
Osman Xaliyev: Bu il hədəfimiz sahibkarlara 200 mln. manat güzəştli kredit verməkdir
11:18
10 may 2024
SİF: Son üç ildə 45 mln. manatdan çox krediti geri almışıq
11:10
10 may 2024