Qarabağda zəmanət və subsidiya mexanizminə ilk sahibkar müraciəti olub

Qarabağda zəmanət və subsidiya mexanizminə ilk sahibkar müraciəti olub
# 10 may 2024 11:25 (UTC +04:00)

Kredit-zəmanət və subsidiya mexanizmi çərçivəsində Şuşa şəhərində bir sahibkarlıq subyekti kommersiya bankından götürdüyü 800 min manat kreditə qarşı 90%-ə qədər zəmanətlə təmin edilib.

Bunu "APA-Economics"ə müsahibəsində İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun (SİF) İdarə Heyətinin sədri Osman Xaliyev deyib.

"Fond artıq həmin kredit üzrə faizlərin 10 % bəndinin subsidiyalaşdırılmasına başlayıb", - deyə, əlavə edib.

O, bildirib ki, kredit-zəmanət və subsidiya mexanizminə əsasən, sahibkarlar müvəkkil kredit təşkilatlarından maksimum 5 milyon manatadək krediti 7 il müddətinə götürə bilər:

"Kreditin faiz dərəcəsi maksimum 15 %-dir. Bunun 10 % bəndini Fond sahibkarın əvəzinə subsidiyalaşdırır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR