Xanlar Vəliyev: “Qaradağlı, Meşəli və Xocalı faciələrini törədənlərin Ermənistanda və Dağlıq Qarabağda himayə olunmaları onların istintaqa cəlbini çətinləşdirib”

Xanlar Vəliyev: “Qaradağlı, Meşəli və Xocalı faciələrini törədənlərin Ermənistanda və Dağlıq Qarabağda himayə olunmaları onların istintaqa cəlbini çətinləşdirib”
# 17 fevral 2012 10:44 (UTC +04:00)
Lakin cinayəti törədənlərin Ermənistanda və Dağlıq Qarabağda himayə olunmaları onların istintaqa cəlbini çətinləşdirib. Bununla belə, tərəfimizdən faktlar toplanır və sənədləşdirilir, müvafiq tədbirlərin görülməsi istiqamətində işlər aparılır”. APA-nın məlumatına görə, bu fikirləri respublikanın hərbi prokuroru Xanlar Vəliyev ermənilər tərəfindən Xocavənd rayonunun Qaradağlı kəndində azərbaycanlılara qarşı qətliamın 20-ci ildönümünə həsr olunmuş anım mərasimində çıxışı zamanı deyib.

Xanlar Vəliyev tədbirdə iştirak edən xarici diplomatlara müraciət edərək insanlığa qarşı cinayət törətmiş şəxslərin mühakimə olunmasını vacib sayıb: “Bu hadisələr 20 il əvvəl operatorların kameralarının önündə baş verib. Ermənilər dinc azərbaycanlıların başlarını erməni qəbirləri üstündə kəsiblər. Bu gün demokratiyanın beşiyi adlandırılan Fransa, İsveçrə kimi dövlətlər 100 il əvvəl Osmanlı imperiyasında baş verdiyi söylənilən, lakin təsdiqini tapmayan hadisə ilə bağlı qanunlar qəbul edir. Onlar nə üçün 20 il əvvəl olmuş hadisələrə reaksiya vermirlər?”

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR