Qırğızıstan dövlət televiziyasında Azərbaycan filmləri nümayiş etdiriləcək

Qırğızıstan dövlət televiziyasında Azərbaycan filmləri nümayiş etdiriləcək
# 17 avqust 2012 09:24 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Avqustun 20-də Qırğızıstanın “İctimai Teleradioyayım Korporasiyası” dövlət televiziya kanalında “Azərbaycan Kinosu öngünlüyü”nün nümayişinə başlanılacaq. Azərbaycanın Qırğızıstandakı səfirliyindən APA-ya verilən məlumata görə, səfirliklə televiziya kanalı arasında aparılan danışıqların nəticəsində Azərbaycan kinosunun qızıl fonduna daxil olan “Babək”, “Dədə Qorqud”, “Uzaq sahillərdə”, ”Arşin mal alan”, “Koroğlu”, ”O olmasın bu olsun”, “Axırıncı aşırım”, “Yeddi oğul istərəm”, “Bəxtiyar”, “Nəsimi” bədii filmləri nümayiş etdiriləcək.

Bundan başqa, Azərbaycanın xalq artisti Müslüm Maqomayevin 70 illik yubileyi ilə əlaqədar olaraq, onun həyat və yaradıcılığına həsr olunmuş filmin və bəstəkar Anna Paxmutovanın mahnılarının M.Maqamayev tərəfindən ifası nümayiş etdiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR