Mübariz Qurbanlı: “Ermənistan təxribatçı hərəkətlərindən əl çəkməlidir”

Mübariz Qurbanlı: “Ermənistan təxribatçı hərəkətlərindən əl çəkməlidir”
# 20 iyul 2012 15:12 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov-APA. “Bu gün Azərbaycan Dağlıq Qarabağ probleminin danışıqlar yolu ilə həlli məqsədilə real təkliflərlə çıxış edir və sülhə nail olmaq üçün böyük səylər göstərir. Lakin Ermənistan tərəfi əks mövqe nümayiş etdirir və təxribatlarını davam etdirir. Təbii ki, burada üçüncü qüvvənin də təsiri özünü göstərir. Üçüncü qüvvə Ermənistanın bu məsələdə bir alət kimi işlədilməsinə maraq göstərir. APA-nın məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyasının (YAP) saytına partiyanın İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib.

M.Qurbanlı bildirib ki, Ermənistanın işğal olunmuş ərazidə oyuncaq bir rejim yaradaraq “seçkilər” keçirməsi təxribatdır. Həmin qondarma «prezident seçkilərini» nə Azərbaycan, nə də beynəlxalq təşkilatlar tanımır: “Bu cür «seçkilərin» keçirilməsi işğal olunmuş ərazilərdəki separatçı rejimin üzərinə pərdə çəkməkdir. Əslində, burada olan hərbi quldur rejimi işğal olunmuş ərazi sayılan bir sistemə daxildir, bu da rəsmi Yerevan tərəfindən idarə olunur. Azərbaycan tərəfi hər zaman belə hərəkətləri qarşı qəti etirazını bildirib. Mövqeyimiz ondan ibarətdir ki, Ermənistan təxribatçı hərəkətlərindən əl çəkməlidir».

M. Qurbanlı həmçinin edib ki, Ermənistanın Xankəndidə hava limanı tikərək istifadəyə vermək cəhdi növbəti provakasiyadır, danışıqlar prosesinə vurulan zərbədir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR