GUAM Milli Əlaqələndiricilər Şurasının sabah Bakıda keçiriləcək görüşündə Azərbaycanın quruma sədrliyinin prioritetləri müzakirə ediləcək

GUAM Milli Əlaqələndiricilər Şurasının sabah Bakıda keçiriləcək görüşündə Azərbaycanın quruma sədrliyinin prioritetləri müzakirə ediləcək
# 09 aprel 2012 13:02 (UTC +04:00)
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə 2012-ci il üçün GUAM-ın Azərbaycan sədrliyinin prioritetləri müzakirə ediləcək.

Bundan əlavə, GUAM üzv dövlətləri arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişaf perspektivləri, GUAM çərçivəsində sahəvi əməkdaşlıq istiqamətində mövcud vəziyyət, eləcə də “GUAM +” formatında sözügedən təşkilatın tərəfdaşları ilə münasibətləri ətrafında fikir mübadiləsinin aparılması nəzərdə tutulur.

Xatırladırıq ki, Azərbaycan 2012-ci ilin yanvarın 1-dən bir il müddətinə GUAM-da Sədrlik funksiyalarını öz üzərinə götürüb. Görüşdə Azərbaycan tərəfini xarici işlər nazirinin müavini Araz Əzimov təmsil edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR