Tiflisdə keçirilən “Qafqaz-Caz” beynəlxalq festivalında Azərbaycan təmsilçiləri də iştirak edib – FOTO

Tiflisdə keçirilən “Qafqaz-Caz” beynəlxalq festivalında Azərbaycan təmsilçiləri də iştirak edib – <font color=red>FOTO</font>
# 09 iyun 2012 14:00 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Dünən Gürcüstan paytaxtında “Qafqaz-caz” beynəlxalq festivalında Azərbaycan təmsilçiləri də çıxış edib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, və “ART Brinc” QHT təşkilatının təşkilatçılığı və Gürcüstan Mədəniyyət Nazirliyinin və Tiflis Şəhər Merliyinin dəstəyi ilə baş tutan festivalda Azərbaycanı Ülviyyə Rəhimova və Aysel Məmmədova təmsil edib. Festivalın direktoru Yelena Meçidova APA-ya açıqlamasında azərbaycanlı musiqiçilərin istedadla çıxış etdiklərini bildirib: “Gürcüstan paytaxtındakı “Maqtikom” şirkətinin salonunda keçirilən konsert ağzınacan tamaşaçı ilə dolu idi.

Azərbaycanlı musiqiçilərindən Ülviyyə Rəhimova və Aysel Məmmədova gürcü musiqiçilərlə birlikdə öz istedadlarını peşəkarlıqla nümayiş etdirdilər.”

Yelena Meçidova Qafqaz-Caz” beynəlxalq festivalının üçüncü dəfə keçirildiyini bildirib: “Bu festival artıq üçüncü dəfədir ki, keçirilir.

Məqsədimiz Qafqazdakı caz musiqisini dünyaya nümayiş etdirməkdir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR