“General Motors” 475 min “Chevrolet Cruze” markalı avtomobili geri çağırıb

“General Motors” 475 min “Chevrolet Cruze” markalı avtomobili geri çağırıb
# 25 iyun 2012 10:18 (UTC +04:00)
Bakı – APA-Economics. ABŞ-ın “General Motors” (GM) korporasiyası 2010-cu ilin sentyabr – 2012-ci ilin may ayları arasında buraxılmış 475 min ədəd “Chevrolet Cruze” markalı avtomobili geri çağırıb.

APA-Economics”in AP-yə istinadən xəbərinə görə, buna səbəb avtomobillərin mühərrikinin yanma təhlükəsidir.

Avtokonsernin mütəxəssisləri indiyədək 30 bu cür hadisə barədə məlumat aldıqlarını bildiriblər. Xoşbəxtlikdən ölən və yaralanan olmayıb.

Qeyd edək ki, bu ilin birinci rübündə GM-in xalis mənfəəti illik müqayisədə 3 dəfədən çox azalaraq, 3,15 mlrd. dollardan 1 mlrd. dollara enib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR